ABŞ kəşfiyyatı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakı casus hesab edir. APA-nın məlumatına görə, bu barədə CNN ABŞ hökumətinin hazırkı və əvvəlki nümayəndələrinə istinadən xəbər yayıb.
Telekanal həmçinin Donald Trampın fevralın ortalarınadək təhlükəsizlik məsələləri üzə müşaviri Maykl Flinn ilə bağlı olayı da xatırladıb. Belə ki, M. Flinn etiraf edib ki, Ağ ev nümayəndələrinə Sergey Kislyakla əlaqələrinə dair tam informasiya verməyib.
Kanal həmçinin bildirir ki, məhz səfirlər Rusiya kəşfiyyatının potensial yaxınlığı səbəbi ilə ABŞ kəşfiyyatı M. Flinnin onunla münasibətlərindən narahat olublar.