ABŞ prezidenti Donald Trampın martın 1-də imzaladığı, ölkəyə miqrantların girişini qadağan edən sənəd, daha öncəki göstərişində olduğu kimi, 7 ölkənin vətəndaşlarına şamil olunacaq.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Politico” saytı yazıb. Sənədə görə, ölkəyə qaçqın qəbulu da müvəqqəti olaraq dayandırılır. “Associated Press” isə yazır ki, İraq su siyahıda istisnalıq təşkil edəcək.
Xatırladaq ki, daha öncə Tramp 7 ölkədən olan miqrantların ölkəsinə girişinə 90 günlük qadağa tətbiq etmişdi. Bunlar Sudan, Somali, Yəmən, İran, İraq, Suriya və Liviya idi. Lakin fevralın 3-də Sietl məhkəməsinin hakimi Ceyms Robartın çıxardığı qərarla Trampın imzaladığı həmin sənəd qüvvədən düşmüşdü.