Avropa Birliyinin dağılma risqi artır. Baki-xeber.com xəbər verir ki, Frankfurt mərkəzli “Sentix” araşdırma mərkəzi bu nəticəyə gəlib.
Mərkəz fevral ayı üçün Avro Bölgəsi Dağılma İndeksi (EBİ) sorğusunun nəticələrini açıqlayıb. Hesabata görə, iki ildən sonra, avro böhranı yenidən gündəmə gəlir.
Yanvar ayında 21,3 faiz olan dağılma risqi indeksi, fevral ayında 25,2-yə yüksəlib. Bu, sorğuya qatılan investorların 25,2 faizinin avro bölgəsinin 12 ay ərzində dağılmasının mümkün ola biləcəyini düşündüyü mənasına gəlir.
“Sentix”ə görə, avro böhranı bu günlərdə daha da nəzərəçarpacaq dərəcədə qabarır.
İndeksin 2016-cı ilin iyunundakı “Brexit” vaxtında müşahidə edilən risq səviyyələrinə yüksəldiyi bildirilən hesabatda, sorğu iştirakçılarının 25 faizindən çoxunun, ən az bir üzv ölkənin avrozonadan ayrılacağına inandığı qeyd edilir. Mərkəzin ehtimallarına görə, İtaliya, Fransa və Yunanıstan avrozonadan ayrılacaq.