Fransa prezidenti Fransua Ollandın çıxışı zamanı əsgərlərdən biri səhvən atəş açıb.
Baki-xeber.com xəbər verir ki, hadisə Villognon qəsəbəsindəTours-Bordeaux sürətli qatar xəttinin açılış mərasimində baş verib.
Olland qoruyan xüsusi snayperçi timi qəsəbədəki mərasimin keçirildiyi ərazidəki binaların üstünə yerləşdirilib.
Olland çıxışa başladığı vaxt, mərasimin keçirildiyi ərazidən 100 metr aralıda binanın üstündəki əsgərlərdən birinin silahından, yer dəyişdirərkən atəş açılıb. Çaxnaşmaya səbəb olan hadisə zamanı 2 nəfər yaralanıb. Ancaq Olland silah səsinə baxmayaraq çıxışını davam etdirib.
Hadisə ilə bağlı araşdırma aparılır.