ABŞ prezidentinin böyük müşaviri sosial şəbəkə istifadəçiləri arasında tənqid olunmaqdadır.
Oval kabinetdə çəkilən şəkildə Kellyanne Konvay ayaqlarını altına qatlayaraq divanın üstündə oturur. O, gözünü mobil telefona tikib. Arxa planda ABŞ ali məktəblərinin rektorları və afroamerikalılarla görüşən prezident Donald Tramp təsvir olunub.
Convay həmçinin görüşün gedişatında mobil telefona çəkdiyi şəkilləri paylaşıb. Sosial şəbəkələrdə ayaqqabılarını çıxarmadan divanda oturan müşavir Ağ Evin Oval kabinetinə, prezidentə və xalqa hörmətsizlikdə ittiham olunur.
Bir çoxu son təsvirləri Barak Obamanın 2013-cü ildə həmin yerdə çəkdirdiyi daha bir fotoşəkillə müqayisə edir. Şəkildə Obama ayağını masanın üstünə qoyub.
Convay daha əvvəl də tənqid olunub. O, Fox News kanalının efirində İvanka Tramp markalı malları almağa görə qınanıb.