“Əl-Qaidə” terrorçu təşkilatının aparıcı simalarından olan Üsamə bin Ladenin kürəkəni Əbu əl- Hayral Məsri İdlibdə ABŞ ordusu tərəfindən məhv edilib.
Baki-xeber.com-un xəbərinə görə, “Guardian” Məsrinin Suriyanın İdlib şəhərində öldüyü barədə xəbər yayıb. Onun avtomobildə hərəkət halında olarkən vurulduğu bildirilir.
Məsrinin ölüm xəbərini Pentaqon da təsdiqləyib. Xəbərdə o da bildirilir ki, Məsri 1998-ci ildə ABŞ-ın Tanzaniya və Keniyadakı səfirliklərinə düzənlənən bombalı hücumları idarə etməkdə suçlu bilinirdi.