Almaniyanın “Die Welt” qəzetinin müxbiri Dəniz Yüsel terrorizmin təbliği və milli nifrəti qızışdırma maddələrilə suçlu bilinərək göz altına alınıb.
Baki-xeber.com-un “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə İstanbul əmniyyəti bildirib. Xəbərə görə, jurnalist fevralın 18-də saxlanıb, bu gün isə İstanbul məhkəməsi onun barəsində həbs qərarı çıxarıb. Lakin xəbərdə bildirilir ki, müxbir həm də “WikiLeaks” saytının ötən il Türkiyə prezidentinin kürəkəni Berat Albayrakın şəxsi e-mailini sındıraraq əldə etdiyi materialları dərc etməkdə suçlu bilinir. Həmin materiallarda isə, əsasən, Türkiyə KİV-inə və sosial şəbəkələrdəki akkauntlara nəzarət olunması və ictimai fikrin idarə olunması üçün onların necə yönləndirilməsi müzakirə olunur.
Türkiyə hökumətinin bu addımı Almaniyada qəzəblə qarşılanıb. Kansler Angela Merkel isə baş verənləri “məyusedici və üzücü” adlandırıb.
Qeyd edək ki, Yüsel Türkiyə və Almaniya ikili vətəndaşlığını daşıyır.