FTB əməkdaşları Samara vilayətində polis maşınını partlatmaq istəyən İŞİD tərəfdarını ələ keçirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib. Xəbərdə deyilir ki, 19 yaşlı həmin şəxs müsəlmanlığı qəbul etdikdən sonra İnternet vasitəsilə İŞİD emissarları onu öz tərəflərinə çəkib və Samara hüquq-mühafizə orqanlarına qarşı terakt hazırlamaq üçün təlimatlandırıb. Tutulan şəxs deyib ki, ona polislərin maşınını partlatmaq və onların silahlarını götürərək terror hadisələri törətmək tapşırığı verilib. FTB əməkdaşları onun Ust-Kinelsk qəsəbəsindəki yaşayış yerinə baxış keçirərkən oradan 500 qram trotil ekvivalentində əldədüzəlmə partlayıcı qurğu (SBU), detonator və digər bu kimi vasitələr aşkar edib. Xəbərdə o da deyilir ki, həmin qurğunun düzəldilməsi üçün İŞİD-in Dağıstan “bölməsi” həmin şəxsə 20 min rubl verib, partlayıcı vasitələr isə Suriyadan göndərilib.
FTB bildirir ki, tutulan şəxs hüquq-mühafizə orqanlarının diqqətini sələfi dini ekstremist təriqətinin üzvü kimi çəkib. Belə ki, həmin təriqətin üzvlərinin ötən il qanunsuz fəaliyyət göstərdiyi ibadət evi aşkarlanıb. Bundan başqa, o, internetdə terror xarakterli material yerləşdiməsinə görə cərimə olunub. Hazırda onun barəsində cinayət işi açılıb, araşdırma aparılır.