Suriyanın BMT-dəki daimi nümayəndəsi və Cenevrə danışıqlarında iştirak edən nümayəndə heyətinin başçısı Bəşər Cəfəri Türkiyəyə Suriyadan qaçaq yolla neft və tarixi artefaktların daşındığını iddia edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS yazır. Xəbərdə deyilir ki, Cəfəri Cenevrədə bu mövzuda iddiasında Rusiya peyklərinin regionda çəkdiyi neft daşınması prosesini xatırladıb. Bildirib ki, çəkilişlərdəki sisternlərlə neft öncə Türkiyə, oradan da İsrail ərazisinə daşınıb. O eyni zamanda iddia edib ki, Suriya ərazisindəki tarixi artefaktlar da Türkiyə ərazisinə daşınaraq burada satışı həyata keçirilib.
Hələlik Türkiyə tərəfi ittihamlara cavab verməyib.