Fətullah Gülən ABŞ-dan Kanadaya getmək üçün hazırlıqlara başlayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ açıqlama verib.
Nazir, Gülənin Kanadada baş evi satın aldığına dair kəşfiyyat məlumatları aldıqlarını söyləyib.
Gülənin başqa ölkəyə gedə biləcəyi iddialarına münasibət bildirən B.Bozdağ deyib: “Kanada başda olmaqla digər başqa ölkələrdə də ev alındığına dair ciddi kəşfiyyat məlumatları var. Kanadada daha ciddi iş getdiyinə dair məlumat əldə etmişik”.