İraq qırıcı təyyarələri ilk dəfə Suriya sərhədini keçərək İŞİD terror təşkilatının bazalarını bombardman edib. Baki-xeber.com xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl İbadi açıqlama verib.
İbadinin dediyinə görə, F-16-ların cəlb edildiyi hava əməliyyatı Dəməşq rejimi ilə koordinasiyalı şəkildə həyata keçirilib.
F-16-ların bombaladığı yerlərdən biri, Mosulla Rakka arasında olan Əbu Kamal sərhəd keçid məntəqəsi. Digər nöqtə isə Hosaiba kəndi olub.