ABŞ-da aralarında “The New York Times” və CNN kimi media nəhənglərinin də olduğu bəzi media orqanları bundan sonra Ağ Evdəki gündəlik brifinqə buraxılmayacaq.
Baki-xeber.com xəbər verir ki, dünən bəzi medi orqanlarının nümayəndələri Ağ Evdə mətbuat konfransının keçiriləcəyi salona buraxılmayıb. Bu media orqanları arasında CNN, “New York Times”, “Politico”, BBC, “Los Angeles Times”, “Buzzfeed” və “The Times” da var.
Salona girməsinə icazə verilən bəzi media nümayəndələri isə Ağ Evin bu qərarına etiraz edərək brifinqə qatılmaqdan imtina edib.
Media nümayəndələri bundan əvvəl heç vaxt Ağ Evdə bu cür mənzərə ilə qarşılaşmayıb.
Ağ Ev Jurnalistlər Dərnəyinin rəhbəri Ceff Mason isə, Ağ Evin qərarını qınadıqlarını, azad mətbuat və şəffaf rəhbərliyin ABŞ-ın imtina edilməz qanunları olduğunu söyləyib.
Qeyd edək ki, brifinqə buraxılmayan bəzi media orqanlarında son vaxtlar prezident Donald Tramp administrasiyası əleyhinə yazılar dərc edilir.