ABŞ prezidenti Donald Tramp Rusiya ilə "SNV-III" nüvə daşıyıcılarının və başlıqlarının qarşılıqlı azaldılması barədə müqaviləni "birtərəfli" adlandırıb və ABŞ-ın nüvə arsenalının genişləndirilməsini vəd edib.
Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Tramp bu müqaviləni dəstəkləmir və nüvə arsenalını genişləndirmək istəyir ki, ABŞ bu sahədə "rəqabət zirvəsində olsun".
Qeyd edək ki, "SNV-III" müqaviləsi Rusiya ilə ABŞ arasında 2010-cu ildə imzalanıb və 2011-ci ildə qüvvəyə minib.
Bu arada, Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşner ölkə başçısını İqlim üzrə Paris razılaşmasından imtina etməməyə razı sala biliblər. İvanka düşünür ki, qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə və ətraf mühit məsələləri atasının administrasiyasında əsas prioritetlərdən olmalıdır.
Qeyd edək ki, ABŞ prezidentinin müşaviri olan İvankanın həyat yoldaşı da bu fikri bölüşür.