Ukraynalı hüquq müdafiəçisi Oleq Kurçin ölkənin Baş prokurorluğuna Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin həbsi ilə bağlı müraciət edib. Trend-in məlumatına görə, şikayətçi M.Saakaşvilini Ukraynanın suverenliyinə qəsd etməkdə ittiham edir.
Müraciətdə qeyd olunur ki, Mixail Saakaşvili bir il yarım ərzində qubernatoru olduğu Odessa vilayətini çıxışların birində təhqir edib.