İsrail Dövləti “Human Rights Watch” hüquq müdafiə təşkilatının regional direktor Omar Şakirin viza müddətinin uzadılması barədə sorğusunu rədd edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə xəbəri “Associated Press” yayıb. Xəbərdə bildirilir ki, İsrail Dövləti bu addımına səbəb kimi Omar Şakirin fələstinlilərin təbliğatını təşkil etməsini göstərib. İsrail XİN-in açıqlamasında bildirilir ki, “Human Rights Watch” siyasətə baş vuraraq fələstinlilərin təbliğatını aparır, eyni zamanda da “saxtakarlıqla insan haqlarından danışır”. İsrail XİN-i açıq şəkildə “Human Rights Watch”-u anti-İsrail təşkilatı adlandıraraq bəyan edir ki, bu beynəlxalq təşkilatın hesabatları yalnız bir məqsədə xidmət edir – İsrailə ziyan vurmaq.
ABŞ Dövlət Departamentindən bildiriblər ki, “Human Rights Watch”-a münasibətdə İsrail Dövlətinin tutduğu mövqeyi doğru hesab etmirlər.