ABŞ prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danfordun rusiyalı həmkarı Valeri Gerasimovla Bakıda keçirdiyi görüşün nəticələrindən razı qalıb.
Baki-xeber.com-un xəbərinə görə, eyni zamanda o, ABŞ dövlət katibi Reks Tillersonun Rusiya XİN başçısı Sergey Lavrovla görüşünü məhsuldar adlandırıb. Bu barədə Ağ Evin mətbuat xidmətinin rəhbəri Şon Speyser məlumat yayıb. “Taleyin istehzasına baö ki, hər iki görüş eyni gündə baş tutub və prezident bu görüşlərin hər ikisinin nəticələrindən razı qalıb” o deyib.
Jurnalistlərin iki ölkə prezidentləri arasında görüşün nə zaman baş tutacağı barədə sualına isə o, “məndə bu barədə hər hansı informasiya yoxdur” cavabını verib.