“FBR” başçısı Ceyms Komi Ağ Evin KİV qarşısında prezident seçkiləri dönəmində Trampın Rusiya ilə əlaqələrini təkzib etmək xahişini qəbul etməyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ötən gün CNN Birləşmiş Ştatların hüquq-mühafizə orqanlarındadkı mənbələrinə istinadən xəbər yayıb. Telekompaniya xatırladır ki, “New York Times “ qəzeti həmin təmaslar haqqında 14 fevral tarixində yazıb . CNN iddia edir ki, ertəsi gün həmin mövzunu Ağ Evin aparat rəhbəri Reyns Pribes və “FBR” rəhbərinin müavini Endryu Makkeyb öz aralarında müzakirə edib. Pribes Makkeybdən xahiş edib ki, yerli KİV-i toplayaraq 2016 seçkiləri ərəfəsində Trampın Rusiya ilə əlaqələrini təkzib etsin. Lakin Pribesdən rədd cavabı alan Ağ Evin aparat rəhbəri özü fevralın 19-da “Fox News”-un efirinə çıxaraq bəyan edib ki, Amerika Xüsusi Xidməti sözügedən əlaqələrin mövcudluğunu tamamilə təkzib edir. Eyni zamanda o, KİV-in bu mövzuda yazdıqlarını “tamamilə zir-zibil” adlandırıb.
Maraqlıdır ki, son zamanlar Tramp və müşavirləri tez-tez KİV-in üzərinə yeriyərək jurnalistləri yalan yazmaqda ittiham edir. Hətta ABŞ prezidenti bu mövzuda bir qədər də irəli gedərək, ötən günlərdə sosial şəbəkədə atdığı tvitlərdə “New York Times” qəzeti ilə bərabər CNN, NBC, CBS və ABC telekanallarını “Amerika xalqının düşməni” adlandırıb.