FETÖ-cü 2 türk əsgərinin Yunanıstana qaçdığı və siyasi sığınacaq tələb olduğu iddia edilir. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstanın “Ethnos” qəzeti 2 türk əsgərinin bu ölkəyə qaçdığını yazıb.
İlkin məlumatlara görə, Fatih Arik və Halit Çətin adlı 2 türk vətəndaşı qaçaq yollardan Meriç çayından keçiblər.
Fevralın 15-də əl-cəzayirli insan tacirinin tutulduğu əməliyyatda 2 türk əsgəri də saxlanıb. Onların iki gün sonra isə Orestiada şəhərindəki polis bölməsinə müraciət edərək siyasi sığınacaq istədiyi bildirildi.
Qəzet hər iki şəxsin prezident Rəcəb Tayip Ərdoğanı öldürməyə cəhd edən timdən ola biləcəyini iddia edir.