“Suriyada keçmiş SSSR-i ölkələrindən yaraqlıların tərəfində 9 min döyüşçü vuruşur”. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Suriya sahillərində döyüş tapşırıqlarında fərqlənən “Şimal donanması”nın zabitləri ilə görüşdə deyib.
Onun sözlərinə görə bu yaraqlıların təxminən 4 mini Rusiyadan, qalanları isə digər keçmiş Sovet respublikalarındandır.
Putin “Şimal donanması”nın Suriyada yaraqlılara ciddi ziyan vurduğunu deyib.
Qeyd edək ki, Rusiya Suriya münaqişəsində prezident Bəşər Əsəd rejiminin, ABŞ və onun müttəfiqləri isə Əsədə qarşı mübarizə aparan üsyançı qüvvələrin tərəfini saxlayır.