Ukraynada Petro Poroşenko Bloku rəhbərinin köməkçisi, millət vəkili Aleksey Qonçarenko naməlum şəxslər tərəfindən qaçırılıb.
Baki-xeber.com xəbər verir ki partiyadaşları Qonçarenkonun iki gün əvvəl axşam təcili olaraq Odessaya getdiyini və sonradan ondan xəbər ala bilmədiklərini deyiblər.
Poroşenko Blokunun nümayəndəsi İqor Qrıniv parlamentdə çıxışı zamanı Qonçarenkonun Odessa şəhərində naməlum şəxslər tərəfindən qaçırıldığını təsdiqləyib. Qrıniv hüquq-mühafizə orqanlarını Qonçarenkonun tapılması üçün təcili olaraq xüsusi istintaq qrupu yaratmağa çağırıb. Parlamentin sədri Andrey Parubi də hüquq-mühafizə orqanlarına Qonçarenkonun tapılması üçün müraciət edib.
Ukrayna Baş Prokurorluğunun sözçüsü Larisa Sarqan da qaçırılma hadisəsini təsdiqləyib.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Odessa bölməsinin rəhbəri Sergey Batrakov isə, sonradan Ukrayna mediasına açıqlamasında millət vəkilinin əslində qaçırılmadığını, uğurlu bir əməliyyatla qaçırılıb ağır yaralanmasının qarşısının alındığını deyib.
S.Batrakov Hadisə barədə əvvəldən məlumat alan SBU-nun millət vəkilinin təhlükəsizliyini təmin etdiyini ifadə edib: "Daha sonra millət vəkilinin qaçırıldığına dair çəkilən video, Qonçarenkonun qaçırılması təlimatını verən adama göndərildi. Millət vəkilinin qaçırıldığına inanan bu şəxs, qaçıran şəxslərə vəd etdiyi pulu ödədi. Bununla biz dəlil əldə edə bildik".
Strana.ua saytına məlumat verən kəşfiyyat rəsmisi deyib ki, millət vəkili Qonçarenkonun qaçırılaraq, kor edilməsi və ayaqlarının qırılması planlaşdırılırdı. SBU-nun, qaçırma cəhdindən əvvəl xəbəri olub.
Qaçırılma xəbəri isə Ukrayna kəşfiyyat rəsmilərinin göstərişi ilə, əməliyyatın uğurlu olması üçün yayıldığı bildirilir.
Millət vəkilini qaçırmaq istəyən şəxsin isə, Odessada 2014-cü ildə bir fabrikə hücum zamanı oğlu yanaraq ölən Aleksandr Kuşnarev adlı yerli bir məmur olduğu məlum olub.
Odessa şəhərində həmin hadisə zamanı 48 nəfər ölmüş, 250-dən çox adam yaralanmışdı.