ABŞ dövlət katibi Reks Tillerson Vaşınqtonun elit rayonunda dəbdəbəli malikanə almaqla eks-prezident Barak Obamaya və hazırkı prezident Donald Trampın qızı İvankaya, daha doğrusu, onun əri Cared Kuşnerə qonşu olub.
Baki-xeber.com=un xəbərinə görə, bu barədə “Washingtonian” jurnalı yazıb. Daşınmaz əmlakın dəyərinin 5,6 milyon dollar olduğu deyilir. Neokolonial stildə tikilən evin 4 yataq otağı, 4 vanna otağı var.
Xatırladaq ki, neft-qaz nəhəngi “ExxonMobil”-in rəhbəri Reks Tillerson fevralın 1-də ABŞ-ın 69-cu dövlət katibi olub. Bu barədə Birləşmiş Ştatlar Konqresinin Senatı qərar qəbul edib.