Rusiya Estoniyaya gələn NATO-nun İngiltərə birliyinin əsgərləri ilə yerli xalq arasında qarşıdurma yarada bilər. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə Estoniya kəşfiyyat rəhbəri Mikki Marranos çıxış edib.
O deyib ki, əsgərlərlə yerli xalq arasında qarşıdurma yarana və bunda Rusiyanın barmağı ola bilər.
Marranos, Rusiyanın bu məqsədlə, spirt içki içilən məkanlara, əsgərlərlə xalq arasında təxribatlar törətmək üçün qadınlar göndərmək kimi üsullardan istifadə edə biləcəyini iddia edib. O, bu yolla Rusiyanın ictimai mediada əsgərlər haqqında mənfi rəy yarada biləcəyini söyləyib: "Bunu artıq müşahidə edirik. Xalqın əsgərlərdən məmnun olmadığı barədə məlumatlar alırıq. 800 gənc əsgər olacaq. Olduqları yerdəki barlara gedəcəklər".
Marranos ingilis əsgərlərinin bundan əvvəl Latviyada bir qrup yerli xalqla qarşıdurma yaşandığını da xatırladıb.