Ukrayna BMT Təhlükəsizlik Şurasında Rusiyanın daimi nümayəndəsi Vitali Çurkinlə bağlı bəyanat qəbul edilməsini əngəlləyib. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Feysbuk” səhifəsində yazıb.
“Ukrayna hakimiyyəti budur. Əlindən yaxşı iş gəlmir, yalnız hamı üçün hər şeyi korlayır, o cümlədən də özünü”, deyə Zaxarova yazıb.
Ukraynanın BMT-dəki daimi elçisi Vladimir Eleçenko bu ərəfədə bildirimişdi ki, Vitali Çurkinin BMT-dəki rolunu şişirtmək istəməzdi.
Kremlin sözçüsü Dmitri Peskov isə Ukraynanın addımını "Ukraynalı həmkarlarımızın davranışı ilə bağlı nə deyəcəyimi bilmirəm. Allahın ümidinə qalıb... Bu, Çurkini itirməyimizin yanında əhəmiyyətsiz bir şeydir" deyə bildirib.
Qeyd edək ki, Vitali Çurkin fevralın 20-də doğum gününə bir gün qalmış Nyu-Yorkda 65 yaşında vəfat edib.
Hazırda BMT Təhlükəsizlik Şurasına Ukrayna sədrlik edir.