Ermənistanın keçmiş xarici işlər naziri, “Birlik” partiyasının lideri Vardan Oskanyanın oğlu A. Oskanyan və qohumu G. Siradegyana qarşı rəsmi ittiham irəli sürülüb. Onlar adam oğurlamaqda ittiham olunurlar.
Hər ikisindən ölkədən çıxmamaq barədə yazılı iltizam alındıqdan sonra sərbəst buraxılıblar. Bu barədə Ermənistanın İstintaq komitəsi məlumat yayıb.
Xatırladaq ki, onlar fevralın 19-a keçən gecə Yerevanda saxlanıblar. İstintaq komitəsinin məlumatına görə, fevralın 17-də bir nəfərdən polisə daxil olan məlumata görə, Siradaryanla Oskanyan Berberyan adlı şəxsdən borcun qaytarılmasını tələb edərkən onu zorakılıqla hədələyiblər.
Söhbət 1,6 milyon dramdan (3 min dollardan çox) gedir.
Xatırladq ki, keçmiş xarici işlər naziri Vardan Oskanyan aprelin 2-də keçiriləcək parlament seçkisinə birgə gedən müxalif "Ohanyan-Raffi-Ooskanyan" seçki blokunun liderlərindən biridir.