Cənubi Koreya Respublikasının Müdafiə naziri Kim Çen Namın ölüm əmrini onun qardaşı, Şimali Koreya lideri Kim Çen İrin verdiyini bəyan edib.
Baki-xeber.com-un xəbərinə görə, belə bir sensasion xəbərlə “Yonhap news” saytı çıxış edib. Xəbərə görə, “Kim Çen Namın ölümünün arxasında Kim Çen İr durur”- deyə nazir iddia edib. Xəbərdə o da bildirilir ki, Kim Çen Nam son zamanlar ölkə hakimiyyətinin onsuz ötüşə bilməyəcəyi barədə paranoik fikirlər səsləndirirdi.
Xatırladaq ki, Şimali Koreya liderinin qardaşı, 45 yaşlı Kim Çen Nam keçdiyimiz günlərdə Malayziya aeroportunda üzünə toksik maddə vurulmaqlaöldürülüb. Hazırda onun ölüm faktı üzrə 4 nəfər gözaltına alınıb. Onlardan biri hazırda Hindistanda işləyən əslən şimali koreyalı kimyaçıdır.