Fevralın 16-da Suriya ərazisində 4 Rusiya hərbçisi öldürülüb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. Hərbçilərin avtomobilinin kənardan idarə olunan mina vasitəsilə partladıldığı bildirilir.
Hadisə zamanı daha 2 nəfər yaralanıb. Avtomobil Suriya ordusunun karvanı ilə birlikdə Tiyas aerodromundan Homs şəhərinə gedirmiş.