ABŞ Suriyadan Qərbə qaçqın axınının qarşısını almaqdan ötrü daha bir addım atmağa hazırlaşır.
Baki-xeber.com-un xəbərinə görə, bu addım Körfəz ölkələri hesabına təhlükəsizlik qurşağı yaradılmasından ibarətdir. ABŞ prezidenti Donald Tramp bu barədə Melbornda tərəfdarlarının təşkil etdiyi mitinqdə deyib. Bildirib ki, həmin zonanın yaradılması ilə yerli əhali təhlükəsiz yaşaya biləcək və Körfəz ölkələri bu zonaları maliyyələşdirəcək. Bununla Qərbə miqrant axınının önünün kəsiləcəyinə ümid edən Tramp bildirib ki, bununla da “barəsində heç nə bilmədiyimiz insanları qəbul etmək zorunda qalmayacağıq”.
Tramp onu da deyib ki, bütün bunlar o demək deyil ki, biz ölkəmizə immiqrant gəlməsini istəmirik. ”Sadəcə, biz istəyirik bura bizi sevənlər və dəyərlərimizə hörmət edənlər gəlsin”- o deyib.