2014-ci ildə dayandırılmış “Cənub Axını” layihəsi reallaşdırıla bilər. baki-xeber.com xəbər verir ki, bunu Rusiyanın Bolqarıstandakı ticarət atteşesi İqor İlingin deyib.
Onun sözlərinə görə, Bolqarıstan, Serbiya və Macarıstandan keçməsi planlaşdırılan “Cənub Axını” təbii qaz boru xətti layihəsi reallaşdırıla bilər.
İlingin bununla bağlı Rusiya prezidenti Vladimir Putinin layihənin reallaşması üçün Sofiyanın ciddi bir zəmanət verməsinin vacibliyilə bağlı dediklərini xatırladıb.
Qeyd edək ki, Rusiya 2014-ci ildə “Cənub Axını” layihəsini dayandırıb və bunun yerinə diqqətini “Türk axını” layihəsinə yönəldib.