Qazaxıstanda yolunu itirən bir hərbi helikopter magistral yola enib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, yola enən helikopterin pilotu avtomobil sürücülərindən gedəcəyi ünvanı soruşub.
Bununla bağlı yayılan görüntülərdə yolunu itirən helikopterin yolun düz ortasına enərək avtomobillərin qarşısını kəsdiyi görülür.
Sonra isə helikopterdən enən pilotun qaçaraq TIR sürücülərindən marşrutu soruşub. Daha sonra pilot helikopterə minərək uçmağa davam edir.
Sürücülər hərbi pilotun gedəcəyi marşrutu itirdiyini və ona görə yolu soruşduğunu deyiblər.