ABŞ-ın İslandiyadakı səfiri vəzifəsinə namizəd Billi Lonqun etdiyi zarafat onun namizədliyini sual altına alıb.
Lonq bildirib ki, Qrenlandiyanın ilhaqından sonra İslandiya ABŞ-ın 52-ci ştatı olacaq. Arktika ətrafında onsuz da artan gərginlik fonunda edilən bu zarafat həm İslandiya hakimiyyəti, həm də yerli sakinlər arasında qəzəbə səbəb olub. Nəticədə səfir vəzifəsinə başqa bir namizədin təyin olunması tələb edilib.
SAMİRƏ