İsrail və ABŞ arasında İrandakı etirazların qəddarcasına yatırılmasına ABŞ-ın mümkün hərbi cavabının müzakirəsi davam edir. İsrailin MOSSAD kəşfiyyat agentliyinin rəhbəri David Barnea bu məqsədlə ABŞ-a səfər edib.
Səfər zamanı Barnea İrandakı son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq niyyətindədir. Xüsusilə o, İran xarici işlər naziri ilə birbaşa əlaqə saxlayan ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkovla görüşməyi planlaşdırır.
Axios-un xəbərinə görə, Barnea ABŞ Prezidenti Donald Trampla da görüşə bilər, lakin hələlik bu məsələ ilə bağlı dəqiq məlumat yoxdur.
SAMİRƏ