Tramp Qrenlandiya ilə bağlı nə edəcəyini götür- qoy etdiyi vaxtda " Qrenlandiyanı Trampa vermərik" deyən Avropa liderləri real addımlar atmağa başlayıblar.Danimarka və Qrenlandiya nümayəndələrinin ABŞ- da Tramp komandası ilə danışıqlarının nəticəsiz bitməsi Avropa liderlərini konkret addımlara yönəltdi.Danimarka XİN başçısı kamera qarşısında etiraf etdi ki, Marko Rubionu Qrenlandiyanın ilhaqı niyyətindən çəkindirə bilmədik.
Dünən Almaniya, Fransa, Norveç və İsveç Qrenlandiyaya məhdud sayda hərbçilər çıxardıqlarını bəyan etdilər. Aydın məsələdir ki, bu, Trampın ilhaq niyyətinə qarşı bir gedişdir. Lakin Qrenlandiyanın baş naziri Avropa ölkələrindən hərbçilərin gəlişini "birgə hərbi təlim" məqsədilə izah edib... NATO- nun görəcəkləri günlər hələ qabaqdadır..Vay o gündən ki, Tramp da bu tərəfdən qoşunu göndərə və Qrenlandiyada ABŞ, Almaniya, Fransa, Norveç, İsveç, Danimarka kimi NATO üzvü dövlətləri hərbi müstəvidə qabaq- qabağa duralar...
Nahid SALAYEV