Rusiyalı milyarder Süleyman Kərimovun qızı Gülnarə Kərimova İsveçrə Konfederasiyasına qarşı sanksiya məhdudiyyətləri və əlaqəli tədbirlərə etiraz olaraq yüz milyonlarla dollarlıq iddia qaldırıb.
Ərizə Sovet İttifaqı ilə İsveçrə arasında imzalanmış investisiyaların qarşılıqlı qorunması haqqında 1990-cı il müqaviləsinə əsaslanır və bu iş sanksiyalar səbəbindən İsveçrəyə qarşı qaldırılan ilk investisiya iddiasıdır.
Beynəlxalq məhkəməyə verilən iddia İsveçrə tərəfindən tətbiq edilən sanksiya rejimi və bu tədbirlərin Gülnarə Kərimovanın şəxsi aktivlərinə təsiri ilə bağlıdır. İddiaçının nümayəndələrinin sözlərinə görə, məhdudiyyətlər onun Fransadakı daşınmaz əmlak investisiyalarının dondurulmasına və faktiki olaraq nəzarətin itirilməsinə səbəb olub.
Onu təmsil edən “Asari Legal” hüquq firması bildirir ki, iş təkcə maliyyə itkiləri ilə deyil, həm də iddiaçının sözlərinə görə, fərdi hüquqi qiymətləndirmə aparılmadan sanksiyalardan təsirlənən özəl investorların hüquqlarının qorunması kimi fundamental məsələ ilə bağlıdır.
ABŞ, Böyük Britaniya, Ukrayna və Yaponiyanın sanksiya siyahılarında olan Kərimovaya, İsveçrə və Avropa İttifaqı tərəfindən heç bir məhdudiyyət tətbiq edilməyib.
TAHİR