Ukrayna prezidenti Zelenski ABŞ prezidenti Donald Trampın Ukraynada sülhlə bağlı son açıqlamasına cavab verib.
Zelenski özünün “Telegram” kanalında verdiyi açıqlamada Kiyevin sülhə mane olmadığını vurğulayıb və bildirib ki, Ukrayna heç vaxt sülhə mane olmayıb və olmayacaq. Zelenski münaqişənin davam etməsinə görə, Rusiyanı günahlandırıb.
Ukrayna liderinin bu açıqlaması Trampın bir gün əvvəl davam edən münaqişədə Zelenskini günahlandıraraq Putinin "danışıqlara hazır" olduğunu, Ukraynanın isə daha az istəkli göründüyünü deməsindən sonra gəlib. Kreml Trampın açıqlamasını məmnunluqla qarşılayıb.
TAHİR