İsrail və HƏMAS arasında atəşkəs ikinci mərhələyə qədəm qoyub. Bu çərçivədə keçid dövründə Qəzzanı idarə etmək üçün Türkiyə, Misir və Qətərdən ibarət Fələstin Texnokrat Komitəsi yaradılıb.
ABŞ Prezidenti Donald Trampın Sülh Planının bir hissəsi olaraq 10 oktyabrda İsrail və HƏMAS arasında başlayan atəşkəsin ikinci mərhələsinin başlandığını ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uittkof tərəfindən X hesabındakı paylaşımında açıqlayıb.
Qəzza Milli Komitəsinin yaradılması və üzvləri dünən Qahirədə keçirilən iclasda elan edilib. Türkiyə, Misir və Qətər Qəzza zolağının idarə olunmasına görə məsuliyyət daşıyacaqlar.
Fələstin Texnokrat Komitəsi yazılı açıqlamasında üzvlərinin Fələstin siyasi qurumlarının birgə dəyərləndirmə iclasında müəyyən edildiyini bildirib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinə uyğun olaraq yaradılan Komitə, keçid dövrü ərzində Qəzzanın idarə olunmasına cavabdeh olacaq.
Məlumatlara görə, komitə həmçinin regionda təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cavabdeh olacaq. Onun əsas vəzifəsi Qəzzanın yenidən qurulması prosesi olacaq.
Tahir TAĞIYEV