Tramp Qəzza planının yeni mərhələsinin başladığını və Sülh Şurasının yaradıldığını elan edib. Şuraya ABŞ prezidenti sədrlik edəcək, qalan üzvlər daha sonra açıqlanacaq.
"Sülh Şurasının yaradılmasını elan etmək mənim üçün böyük şərəfdir. Şuranın üzvləri tezliklə elan ediləcək, amma əminliklə deyə bilərəm ki, bu, indiyə qədər hər yerdə, istənilən vaxt toplanmış ən böyük və ən nüfuzlu şuradır"- Tramp bildirib.
Truth Social sosial media səhifəsində paylaşım edən Amerika lideri Qəzza sülh planının ikinci mərhələsinin rəsmi olaraq başladığını açıqlayıb.
O, həmçinin Qəzzada texnokratik administrasiyaya dəstəyini ifadə edib.
"Sülh Şurasının sədri olaraq, mən yeni təyin olunmuş Fələstin texnokratik hökumətini, Şuranın Ali Nümayəndəsinin dəstəyindən istifadə edən və keçid dövründə Qəzza zolağını idarə edəcək Milli Qəzza İdarəetmə Komitəsini dəstəkləyirəm".
SAMİRƏ