Rusiya Daxili İşlər Nazirliyinin Komi Respublikasının Sıktıvkar şəhərindəki təlim mərkəzində səs bombası partlayıb.
Komi Respublikasının Səhiyyə Nazirliyinin məlumatına görə partlayış nəticəsində doqquz nəfər yaralanıb. Onlardan dördünün vəziyyəti ağırdır. Partlayışdan sonra yaranan qatı tüstü səbəbindən binadan 200 nəfər təxliyə edilib.
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmanın başlandığını açıqlayıb.
TAHİR