Ağ Ev, İrandakı etirazlarla bağlı dünən üçün planlaşdırılan 800 edamın dayandırıldığını açıqlayıb. Bu barədə açıqlama verən Ağ Evin sözçüsü Karolin Livitt, Trampın İran rejiminə etirazçıların öldürülməsinin davam etməsinin ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq etdiyini deyib.
ABŞ sözçüsü İranın ABŞ administrasiyasına "edamların dayandırıldığını" və "dünən baş verməsi gözlənilən 800 edamın dayandırıldığını" bildirdiyini deyib.
Leavit Prezident Trampın İranla bağlı hansı addımları atacağı ilə bağlı çoxlu fərziyyələrin olduğunu vurğulayıb, lakin bu planlardan yalnız Tramp və onun ən yaxın komandasının xəbərdar olduğunu bildirib. O, Trampın bəyanatlarından sonra 800 edamın dayandırıldığını iddia edib.
Leavit bildirib ki, prezident vəziyyəti yaxından izləməyə davam edir, bütün variantları da masada saxlayır.
TAHİR