Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, Fransa Danimarkanın Qrenlandiyada təşkil etdiyi təlimlərdə iştirak edəcək. Makron sosial şəbəkədə yazıb ki, ilk fransız bölmələri artıq yoldadır.
“Danimarkanın xahişi ilə qərar verdim ki, Fransa Danimarkanın Qrenlandiyada təşkil etdiyi birgə təlimlərdə — ‘Arktikanın Dayanıqlığı’ əməliyyatında iştirak edəcək. İlk fransız hərbi elementləri artıq yoldadır. Digərləri də onların ardınca gələcək,” — deyə Makron yazıb.
Məlumat üçün bildirək ki, Danimarka Silahlı Qüvvələrində qeyd ediblər ki, müttəfiq ölkələrlə sıx əməkdaşlıq şəraitində Qrenlandiyada hərbi qüvvələrin yerləşdirilməsinin genişləndirilməsi barədə qərar qəbul edilib, çünki “geosiyasi gərginlik Arktikaya da yayılıb”.
Nahid SALAYEV