"Kölgə CİA" kimi də adlandırılan ABŞ mərkəzli kəşfiyyat və təhlil şirkəti "Stratfor", 2026-cı ildə Ukrayna münaqişəsində sülh razılaşmasına nail olma ehtimalının artdığını, lakin belə bir razılaşmanın "kövrək" olacağını və əsasən Rusiyanın xeyrinə olacağını proqnozlaşdırır.
Təşkilat bildirib ki, Vaşinqton həm Moskvaya, həm də Kiyevə diplomatik təzyiq göstərməyə davam edəcək, sövdələşmə üçün sanksiyalar və hərbi yardım kimi vasitələrdən də istifadə edə bilər.
“Stratfor”a görə, sülh ehtimalını artıran ən vacib amillərdən biri 2026-cı ilin payızında keçiriləcək ABŞ Konqresinə seçkilərdir. Analitiklər hesab edirlər ki, Demokratlar qalib gələrsə, Moskva daha "düşmən" Konqres yaranmazdan əvvəl Tramp administrasiyası ilə daha əlverişli bir razılaşma əldə etməyə çalışa bilər. Lakin onlar xəbərdarlıq edirlər ki, belə bir razılaşma Ukrayna üçün ciddi ərazi itkiləri və zəif təhlükəsizlik zəmanətləri demək olacaq və hətta ölkə daxilində siyasi gərginlik yarada bilər.
Tahir TAĞIYEV