ABŞ prezidenti Donald Tramp “Reuters” agentliyinə müsahibəsində Ukraynada davam edən münaqişəyə görə birbaşa Zelenskini günahlandırıb.
Tramp bildirib ki, "Siz soruşursunuz ki, niyə hələ də bitməyib, cavab sadədir: Zelenski".
Trampa görə, Rusiya sülhə daha açıq mövqedədir: "Düşünürəm ki, Rusiya, Putin razılaşmaya hazırdır. Amma Ukrayna eyni dərəcədə hazır deyil".
Zelenskinin prosesə niyə mane olduğu soruşulduqda isə Tramp "düşünürəm ki, o, buna yaxınlaşmaqda çətinlik çəkir" cavabını verib.
Tramp həmçinin gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumu zamanı Zelenski ilə görüşü istisna etmədiyini, lakin hələlik konkret bir planın olmadığını bildirib.
Bu arada, Tramp, kürəkəni Cared Kuşnerin və xüsusi nümayəndə Stiv Uitkoffun Putinə yeni sülh planını təqdim etmək üçün Moskvaya gedəcəyi barədə məlumatlardan xəbərsiz olduğunu bildirib.
TAHİR