Danimarka və Qrenlandiya xarici işlər nazirləri Lars Løkke Rasmussen və Viviane Motzfeldt Vaşinqtona səfər edib. Onları Ağ Evdə ABŞ vitse-prezidenti J.D.Vance və dövlət katibi Marko Rubio qəbul edib.
Görüş ABŞ, Danimarka və onun muxtar bölgəsi olan Qrenlandiya arasında münasibətlərdə ciddi gərginliklər fonunda baş tutub.
Bu arada Danimarka Qrenlandiyadakı hərbi mövcudluğunu genişləndirdiyini elan edib. Bəyanatda bunun "NATO üzv ölkələrindən olanlar da daxil olmaqla, təyyarələrin, gəmilərin və personalın sayının artırılması" ilə həyata keçiriləcəyi bildirilir.
Eyni zamanda, Almaniya, Fransa, İsveç və Norveç də Danimarkaya dəstək olaraq Qrenlandiyadakı hərbi mövcudluğunu gücləndirəcək.
İsveç Baş naziri Ulf Kristersson bildirib ki, Danimarkanın "Arktika Dözümlülüyü Əməliyyatı" təliminin bir hissəsi olaraq qarşıdan gələn fəaliyyətlərə birlikdə hazırlaşacaqlar.
SAMİRƏ