Dünyanın ən qorxulu ssenarisinin əlamətləri göründü. Trampın ya xoşla, ya zorla tutacağını dediyi Qrenlandiyaya Danimarka tərəfindən hərbi texnika və qabaqcıl hərbi dəstələr göndərilib.
Danimarka hökumətinin məlumatında deyilir ki, bu ilk partiya hərbi kontingentin vəzifəsi daha böyük qüvvələrin yerbəyer edilməsi üçün adada hazırlıq işləri görməkdir...
Demək, Danimarka hökuməti adanı hərbi cəhətdən öz nəzarətinə almaqda Trampı mümkün qədər qabaqlamağa çalışır...
Allah saxlasın, birdən adanın bir tərəfindən Danimarka qüvvələri, o tərəfindən Tramp qüvvələri daxil olmağa başlasa, nə baş verəcək?!...
Nahid SALAYEV