Trampın " diş qıcadığı" Qrenlandiyanın baş naziri Nilsen və Danimarkanın baş naziri Frederikson Kopenhagendə keçirdikləri birgə mətbuat konfransında Trampı möhkəm qəzəbləndiriblər .Xüsusilə Nilsenin dediyi sözlərə Tramp bərk əsəbləşib." Mən onu tanımıram,onun barəsində heç nə bilmirəm,ancaq bu onun üçün böyük problem olacaq" deyərək Qrenlandiyanın baş naziri Nilseni hədələyib...
Xatırladaq ki, Nilsen mətbuat konfransında " biz Amerikalı yox, Qrenlandiyalı olmaq istəyirik,ABŞ və Danimarka arasında seçim etməli olsaq, mən Danimarkanı seçərəm" deyib... Bir vətənpərvər dövlət adamı üçün tam normal mövqe nümayişidir.Tramp buna niyə əsəbləşib?....Deyəsən bu da onun problemidir... Xatırladaq ki, Tramp qrenlandiyalıların Amerikaya birləşmək istəməmələrini "onların öz problemi adlandırıb"....
Namiq QULİYEV