Ukraynanın antikorrupsiya orqanları " Batkivşina " partiyasının lideri, " əfsanəvi " adlandırılan Yuliya Timoşenkonu vəzifəli şəxsə rüşvət təklif etməkdə şübhəli kimi tanıyıb. Timoşenkonun partiyasının qərargahında axtarış aparılıb.
Bir neçə gün əvvəl Antikorrupsiya orqanları Ukrayna parlamentinin bir fraksiya lideri ilə bağlı korrupsiya araşdırılmasının aparıldığını xəbər vermişdi. Antikorrupsiya nümayəndəsi həmin fraksiya rəhbərinin Timoşenko işi ilə bağlı olub-olmadığı barədə suala cavab verməmişdi . Konkret adlar açıqlanmasa da, Timoşenkondan rüşvət təklif etmiş tərəf kimi şübhələnildiyi dəqiqdir. Xatırladaq ki, Timoşenko 21- ci əsrin əvvəllərində Ukraynanı bürümüş " narıncı inqilab" zamanlarında və ondan sonra qısa dövrdə Ukraynanın baş naziri olub və fəaliyyəti Ukrayna ictimaiyyətinə çox yaxşı tanışdır...
Namiq QULİYEV