Avropa mediası bu dəqiqələrdə xəbər yayıb ki, Avropa Birliyi Ukrayna məsələləri üzrə danışıqlarda özünün xüsusi nümayəndəsini təyin etməyi qərara alıb. Məlumatlara görə, Avropa liderləri bu qərarı Trampın siyasətinə inamsızlıq üzündən qəbul ediblər. Avropada Ukrayna üzrə xüsusi nümayəndə olmaq üçün mümkün namizədlər nəzərdən keçirilir.
Avropanın təhlükəsizlik komissarı Kaya Kallasın özünün ən layiqli namizəd olduğunu söylədiyi deyilir. Bundan başqa, İtaliyanın keçmiş baş naziri Mario Draqinin, Finlandiyanın prezidenti Stubbun və digərlərinin də adları çəkilir. ABŞ və Qərbin Ukraynada ayrı-ayrı xüsusi nümayəndələrlə təmsil olunmaları ABŞ- Avropa mübasibətlərini daha da gərginləşdirəcək .
Namiq Quliyev