ABŞ-AB münasibətləri soyuduqca, bir- birinin ziddinə atılan addımlar barədə xəbərlər gəlir.Ən son məlumata görə Avrop Birliyi ABŞ kimi ,lakin ondan ayrıca Ukrayna münaqişəsi üzrə danışıqlar aparmaq üçün xüsusi nünayəndə təyin etmək fikrindədir.
Məlumata görə, AB ölkələri Trampa inanmır və Ukrayna mövzusunda onun Avropanın mənafelərini arxa planda qoya biləcəyindən ehtiyat edirlər.Avropada hesab edilir ki, Trampın Ukrayna üzrə xüsusi danışıq aparan nünayəndəsi olduğu kimi, Avropanın da ayrıca nünayəndəsi olmalıdır.
Məlumat hələlik rəsmi təsdiq edilməyib .Lakin AB ölkələri üçün şübhəsiz mötəbər qəbul olunan media orqanları qəti inamla yazırlar.
SAMİRƏ