Rumıniya prezidentinin müşaviri Yevgeni Tomak ölkəsinin Moldova ilə birləşməyi ciddi şəkildə müzakirə etməyə hazır olduğunu bildirib.
Tomak qeyd edib ki, Rumıniya 27 mart 2018-ci ildə Moldova ilə birləşmə məsələsini rəsmi olaraq nəzərdən keçirməyə hazır olduğunu bəyan edib və bunun Rumıniya hökumətinin rəsmi mövqeyi olduğunu və dəyişmədiyini vurğulayıb.
“Rumıniya yalnız Moldova bunu bir seçim kimi qəbul etdiyi təqdirdə, istənilən vaxt danışıqlar masasına əyləşib bu ssenarini ciddi şəkildə müzakirə etməyə hazırdır. Öz gələcəklərini müəyyənləşdirmək onların hüququdur”, – Rumıniya prezidentinin müşaviri bildirib.
Qeyd edək ki ki, Moldova prezidenti Maya Sandu ölkənin Rumıniya ilə birləşməsini dəstəkləyəcəyini bildirib. Sandunun dediyinə görə, bu məsələ ilə bağlı referendum keçirilərsə, o, bunu dəstəkləyəcək, çünki ölkənin müstəqil şəkildə mövcudluğunu davam etdirməsi getdikcə çətinləşir.
Tahir TAĞIYEV