İsrail və bir neçə ərəb ölkəsi ABŞ-dan İrana hücumları hələlik təxirə salmasını xahiş edib.
“NBC” telekanalının mənbələrə istinadən məlumatına görə, həmin ölkələrin nümayəndələri hesab edirlər ki, İran ABŞ zərbələrinin ölkədə hakimiyyət dəyişikliyinə səbəb olacaq qədər zəifləməyib. Onlar, həmçinin Ağ Evə genişmiqyaslı zərbələri İranda vəziyyət daha da gərginləşənədək təxirə salmağı təklif ediblər.
Yanvarın 13-də Ağ Evdə ABŞ-ın vitse-prezidenti Cey Di Vensin sədrliyi ilə İrandakı vəziyyətlə bağlı Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. “Axios” portalının məlumatına görə, sonradan Prezident Donald Tramp da iclasa qatılıb.
ZÜMRÜD