İranda 28 dekabrda başlayan və tez bir zamanda hökumət əleyhinə nümayişlərə və zorakılığa çevrilən etirazlar davam edərkən, ABŞ mediası yeni bir iddia irəli sürüb.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkov ötən həftə sonu İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin sürgündə yaşayan böyük oğlu Rza Pəhləvi ilə gizli şəkildə görüşüb.
Məlumatlarda deyilir ki, görüşdə İranda davam edən etirazlar müzakirə olunub.
Xatırladaq ki, 1979-cu il İran İslam İnqilabı zamanı devrilmiş şahın oğlu Pəhləvi ABŞ-da sürgündə olan müxalifət qrupuna rəhbərlik edir. Pəhləvi İranda rejim dəyişikliyi halında "keçid" lideri rolunu öz üzərinə götürməyə çalışsa da, Tramp hələ də dəstəyini verməyib. Digər tərəfdən, 2025-ci ilin noyabr ayında keçirilən sorğu göstərib ki, iranlıların yalnız üçdə biri Pəhləvini dəstəkləyib, digər qisim isə ona qarşı sərt çıxış edib.
SAMİRƏ